...

Azərbaycanın İstanbuldakı baş konsulu tələbələri təhsil aldıqdan sonra Vətənə qayıtmağa çağırıb

Siyasət Materials 19 Dekabr 2006 19:21 (UTC +04:00)
Azərbaycanın İstanbuldakı baş konsulu tələbələri təhsil aldıqdan sonra Vətənə qayıtmağa çağırıb

Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Salahlı İzmirdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Bu barədə Trend ə konsulun özü məlumat verib.

O qeyd edib ki, İzmirdə Azərbaycandan təxminən 300 tələbə təhsil alır. Konsul tələbə yataqxanasında olub və təhsillərini bitirdikdən sonra onların vətənə qayıtmaq zərurətini müzakirə edib.

S.Salahlı bildirib ki, o, bu mövzuya əbəs yerə toxunmayıb, çünki bəzi azərbaycanlılar onlara vəd edilən yüksək əmək haqqına görə, Türkiyədə qalmağı düşünürlər və bunlara əsasən tibb fakültələrinin tələbələrini aid etmək olar. "Mən onlara bildirdim ki, onlardan hər birinin ümdə vəzifəsi tam təhsil almaq və vətənə qayıtmaqdır. Mən izah etdim ki, dövlət onlara pul xərcləyir. Türkiyədə qalmaq qərarı - düzgün mövqe deyil", - deyə konsul vurğulayıb.

Konsul tələbələrə ölkədə gedən proseslər, müxtəlif sahələrin inkişafı haqqında məlumat verib.

S.Salahlı həmçinin İzmir bələdiyyəsi başçısının müavini Yusif Əli Karamanla da görüşüb və ondan şəhər daxilində hərəkət etmək üçün güzəştli kartın alınması üçün nəqliyyat xərcləri məsələsində azərbaycanlı tələbələrə yardım etməsini xahiş edib. Konsul bildirib ki, tələbələrimiz nəqliyyat xərclərinə ayda təxminən 100 dollar xərcləyirlər, bu da problemlər yaradır. Həmçinin S.Salahlı tələbələrimizin yerli mütəxəssislər üçün tətbiq olunan qaydalarla işlə təmin olunmasında yardım etməsini xahiş edib. Bu, xüsusilə ordinaturada təhsil alanlara aiddir.

Xəbər lenti

Xəbər lenti