...

Azərbaycanda minimal əmək haqqı artırıldı

Siyasət Materials 19 Dekabr 2006 19:25 (UTC +04:00)
Azərbaycanda minimal əmək haqqı artırıldı

2007-ci il yanvarın birindən minimal əmək haqqı 40 manat (AZN) səviyyəsində müəyyənləşdirilib. Trend xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı "Minimal əmək haqqının artırılması haqqında" sərəncamında qeyd olunub.

Sərəncamda qeyd olunduğu kimi, bu, Azərbaycan vətəndaşlarının rifahının yaxşılaşdırılması, onların gəlirlərinin artırılması və əhalinin sosial müdafiəsinin daha da çox gücləndirilməsi üçün edilib.

Xəbər lenti

Xəbər lenti