...

Prezident aparatının şöbə müdiri: Bakıda Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni təşkilatların cəlb olunacağı istisna olunmur

Siyasət Materials 19 Dekabr 2006 20:15 (UTC +04:00)
Prezident aparatının şöbə müdiri: Bakıda Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni təşkilatların cəlb olunacağı istisna olunmur

Azərbaycan bütün əsas problemlərini 2007-ci ildə həll edəcək. Bu barədə Trend ə bu gün Azərbaycan prezidenti İcra aparatının ictimai-siyasi şöbəsinin müdiri Ə.Həsənov məlumat verib.

Onun sözlərinə görə, gələn il həmçinin Dağlıq Qarabağ probleminin irəliləməsi də mümkündür.

Ə.Həsənov bildirib ki, əgər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar səmərəli olmasa, Dağlıq Qarabağ münaqişəsinin həllinə digər təşkilatların da cəlb olunacağı istisna olunmur.

Azərbaycan BMT-ni ATƏT-lə birləşdirmək, eləcə də bu məsələni AŞ, AB və NATO-da, eləcə də İKT-də qaldırmaq, həmçinin ərazisində dondurulmuş münaqişələrin mövcud olduğu ölkələrin səylərini səfərbər etmək niyyətindədir.

Azərbaycanın iqtisadiyyatı və hərbi potensialı inkişaf edir. "Əgər bir vaxtlar Azərbaycan Dağlıq Qarabağ probleminin həlli zamanı beynəlxalq ictimaiyyətin qüvvəsinə arxalanırdısa, indi, əgər beynəlxalq-hüquqi normaların icrası bu cür davam etsə, Azərbaycanın ordusu və iqtisadiyyatı ərazi bütövlüyünü və suverenliyi bərpa edə biləcək", - deyə Ə.Həsənov bildirib.

Ə.Həsənov güman edir ki, Dağlıq Qarabağ məsələsi 2007-ci ildə Azərbaycan üçün bir nömrəli problem olacaq.

Xəbər lenti

Xəbər lenti