...

Prezident aparatının şöbə müdiri: Azərbaycan Avropa Şurası qarşısında götürdükləri öhdəliklərin əksəriyyətini yerinə yetirib

Siyasət Materials 19 Dekabr 2006 20:44 (UTC +04:00)

Azərbaycan Avropa Şurası qarşısında götürdükləri öhdəliklərin əksəriyyətini yerinə yetirib. Trend xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan prezidenti İcra aparatının ictimai -siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan AŞ qarşısında vətəndaş cəmiyyətinin formalaşdırılması, mətbuat azadlığı, siyasi məhbus problemlərinin həlli, siyasi mübarizə və seçkilərin təkmilləşdirilməsi və b. üzrə müəyyən öhdəliklər götürüb.

"Lakin bu, Avropa Şurası ilə əməkdaşlığı dayandıracağımız demək deyil, biz bu institutlarla əməkdaşlığı davam etdirəcəyik və düşünürük ki, 2007-ci il ərzində biz iradların irəli sürülə biləcəyi bütün məsələləri tamamilə həll edəcəyik", - deyə Ə.Həsənov bildirib. O əlavə edib ki, bu, demokratik cəhətdən inkişaf etmiş dövlət və bölgədəki lider kimi Azərbaycanın mövqeyini möhkəmləndirməyə imkan verəcək.

Xəbər lenti

Xəbər lenti