...

DİN mətbuat xidməti: Bakıya səfər edəcək Rusiya daxili işlər nazirinin rəsmi görüşləri dekabrın 22-də başlayacaq

Siyasət Materials 20 Dekabr 2006 12:34 (UTC +04:00)

Dekabrın 21-də Bakıya səfər edəcək Rusyanın daxili işlər naziri Rəşid Nurqaliyevin və Rusiyanın Daxili Qoşunlarının Baş komandanı Nikolay Roqojkinin rəsmi görüşlərinə səfərin növbəti günü start veriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru Ehsan Zahidov məlumat verib.

Səfərin ilkin proqramına görə, dekabrın 21-də qonaqlar Fəxri və Şəhidlər Xiyabanında olacaq və daxili işlər naziri Ramil Usubovla görüşəcəkdilər. Lakin Ehsan Zahidov bildirib ki, hər iki proses dekabrın 22-nə keçirilib. Elə həmin gün saat 16.00-da nümayəndə heyəti Azərbaycan DİN Daxili Qoşunlarının (DQ) Baş İdarəsində olacaqlar və komandan Zakir Həsənovla görüşəcəklər. Görüşdən sonra brifinq nəzərdə tutulub, daha sonra isə rusiyalı qonaqlar DQ-nin hərbi hissələrinə baş çəkəcəklər.

Rusiyalı nazirin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan Prezidenti İlham Əliyevin də qəbul edəcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti