...

Prezident İlham Əliyev: Qısa müddət ərzində Azərbaycanda mövcud olan bütün problemlər həll ediləcək

Siyasət Materials 20 Dekabr 2006 13:25 (UTC +04:00)
Prezident İlham Əliyev: Qısa müddət ərzində Azərbaycanda mövcud olan bütün problemlər həll ediləcək

Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Trend in müxbiri xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev dekabrın 20-də Naxçıvanda Müalicə-diaqnostika mərkəzinin açılışında bildirib.

Onun sözlərinə görə, ölkənin iqtisadi imkanları, düşünülmüş siyasət qısa müddət ərzində mövcud olan bütün problemlərin həll edilməsinə imkan verir. O vurğulayıb ki, 3 il ərzində Azərbaycanda yeni açılmış iş yerləri 500 minə çatıb, dövlət büdcəsi isə 4 il ərzində 4 dəfə artıb. İlham Əliyev bildirib ki, hazırda dövlət büdcəsinin hesabına böyük layihələr reallaşır və Azərbaycan tərəfi artıq kredit üçün kiməsə müraciət etmir.

Yeni müalicə-diaqnostika mərkəzi haqqında danışarkən dövlət başçısı bildirib ki, burada ən müasir texnologiya quraşdırılıb və xidmətin ən yüksək səviyyədə təqdim olunacağına ümidlərini ifadə edib. Prezident Naxçıvan MR-in sürətli sosial-iqtisadi inkişafını, şəhərin abaşlaşdırılmasını, yeni elektrik stansiyası və digər obyektlərin tikintisini xüsusi olaraq vurğulayıb.

İlham Əliyev həmçinin Azərbaycanın eks-prezidenti Heydər Əliyevin muzey və abidəsinin açılışında iştirak edib.

Xəbər lenti

Xəbər lenti