Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası və OPEK Beynəlxalq İnkişaf Fondu arasında kredit razılaşması barədə qanunu təsdiq edib. Bu barədə Trend xəbər verir.
Samur-Abşeron kanalının irriqasiya sistemi layihəsi üzrə razılaşma 2006-cı ilin may ayında Vyanada imzalanıb.
Qanun imzalandığı andan qüvvəyə minir.