...

Naxçıvan MR-də Azərbaycan prezidentinin iştirakı ilə yeni modul elektrik stansiyasının açılışı keçirilib

Siyasət Materials 20 Dekabr 2006 14:00 (UTC +04:00)

Bu gün Naxçıvan MR-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə yeni modul elektrik stansiyası istismara verilib. Bu barədə Trend xəbər verir.

Elektrik stansiyasında hər biri 8,7 MVt gücə malik 10 generator quraşdırılıb. Həmçinin yeni yarmıstansiya tikilib. Tikintidə podratçı qismində Finlandiyanın "Wartsila" şirkəti iştirak edib.

Noyabr ayı ərzində Naxçıvan MR enerji sisteminə 110 mln. kVt/s-dan çox elektrik enerjisi daxil olub.

Azərbaycan prezidentinin göstərişinə əsasən, "Azərenerji" SC Bakı, Naxçıvan, Astara, Xaçmaz və Şəki rayonlarında 52 bu cür qurğunu tikib təhvil verməlidir. Onlar "Azəriqaz" QSC-nin tədarük etdiyi təbii qazla işləyəcək. Bu elektrik stansiyalarının tikintisi Azərbaycanda elektrik enerjisi istehsalının həcmini 450-460 MVt-a çatdırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti