...

Dekabrın 22-də "Bizim Azərbaycan" bloku Məclisinin ilk sessiyası keçiriləcək

Siyasət Materials 20 Dekabr 2006 14:15 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku yaxın zamanda iqtidar-müxalifət dialoqunun predmeti, hədəfləri və məqsədi ilə bağlı konseptual baxışları əks etdirən sənəd hazırlayacaq və bütün siyasi qüvvələrə göndərəcək. Bu barədə Trend ə "Bizim Azərbaycan" blokundan məlumat verilib.

Blokun Sədrlər Şurasının toplantısında iqtidar-müxalifət arasıqnda dialoq qurulması üçün konkret sənədlə hər iki tərəfə müraciət olunması qərara alınıb. Toplantıda həmçinin dekabrın 22-də "Bizim Azərbaycan" bloku Məclisinin ilk sessiyasının çağırılmasına qərar verilib.

Qeyd edək ki, 2003-cü ildə keçirilmiş prezident seçkilərində vahid namizədlə iştirak etmək üçün bir neçə müxalifət pvartiyası tərəfindən "Bizim Azərbaycan" bloku yaradılıb. Blokun vahid namizədi olmuş İsa Qəmbər və digər siyasi partiyalar sonradan bu qurumu tərk ediblər.

Xəbər lenti

Xəbər lenti