...

Yaşıllar Partiyasının sədri M.Güləliyev: "Bu ada iddialı olan başqa partiya indiyədək öz mövcudluğunu sübut etməli idi"

Siyasət Materials 20 Dekabr 2006 14:24 (UTC +04:00)

"Azərbaycan Yaşıllar Partiyası adına iddia edən başqa partiya özü siyasi etikaya riayət göstərərək indiyədək mövcudluğunu sübut etməli idi. Bizim yeni tipli Yaşıllar Partiyasını yaratmağımızdan sonra ortaya çıxmamalıdır". Bu fikirləri Trend ə açıqlamasında yeni yaradılmış Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev bildirib.

Qeyd edək ki, bu gün - dekabrın 20-də "Bizim Azərbaycan" blokunun yaydığı bəyanatda Yaşıllar Partiyası adında təşkilatın mövcud və blokda təmsil olunduğunu bildirilib. Blok Mais Güləliyevin rəhbərliyi ilə həmin adda yeni partiyanın yaradılmasını

siyasi etikaya, mənəvi prinsiplərə və hüquqa zidd addım olduğunu vurğulayıb, ölkə ictimaiyyətini, KİV-ləri və Ədliyyə Nazirliyini yeni yaradılan təşkilatı Yaşıllar Partiyası kimi tanımamağa çağırıb.

Mais Güləliyev isə deyib ki, "Bizim Azərbaycan" adlı blok fəaliyyət göstərmir və orada təmsil olunan Yaşıllar Partiyası adlı qurumun da indiyədək siyasi fəaliyyəti müşahidə edilməyib: "Əgər belə bir partiya varsa, siyasi etikaya uyğun olaraq ən azı cəmiyyətdə baş verənlərə münasibət bildirməli idi. Heç bir siyasi fəaliyyəti gözə çarpmayıbsa, deməli mövcud deyil"-deyə M.Güləliyev qeyd edib. O bildirib ki, özünün bu adda partiyasını qeyiyyatdan keçirmək üçün yaxın bir ay ərzində sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcək. Onun sözlərinə görə, bu ada başqa partiyanın iddia etməsi qeydiyyat üçün hüquqi cəhətdən problem yarada bilməz.

Xəbər lenti

Xəbər lenti