...

KXCP sədri M.Mirəlioğlu: "Partiyanın Ali Məclisinin sessiyasında 10 komissiya formalaşdırılacaq"

Siyasət Materials 20 Dekabr 2006 16:38 (UTC +04:00)

Dekabrın 24-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sessiyası keçiriləcək. Bu barədə Trend ə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

O bildirib ki, sessiyada ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın qarşısında dayanan vəzifələr, qurumun qeydiyyat problemi və digər məsələlər müzakirə olunacaq. Toplantıda partiyanın komissiyaları formalaşdırılacaq, İdarə Heyətinə boş qalmış yerlərə üzvlər seçiləcək: "Hər birində 7 nəfər olmaqla təxminən 10 komissiya yaradılacaq. Sessiyada komissiyalara üzvlərin və sədrlərin namizədliyi irəli sürüləcək. Həmçinin toplantıda pariyanın Ədliyyə Nazirliyində qeydiyyata alınması məsələsinin uzadılmasına münasibət bildiriləcək və bununla bağlı atacağımız addımlara dair müvafiq qərarlarımız olacaq. Etiraz aksiyalarının keçirilməsi də qərara alına bilər"-deyə M.Mirəlioğlu qeyd edib.

Qeyd edək ki, bu il mart ayında müxalifətçi Klassik Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. Həmin vaxta qədər partiya Azərbaycan Xalq Cəbhəsi Partiyası adına iddia edir və "Klassiklər" AXCP-si kimi tanınırdı.

Xəbər lenti

Xəbər lenti