...

Azərbaycan prezidenti Naxçıvan MR-də sənaye və sosial obyektlərin açılışında iştirak edib

Siyasət Materials 20 Dekabr 2006 17:10 (UTC +04:00)

Dekabrın 20-də günün ikinci yarısı Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan MR-də bir sıra obyektlərə gedərək onların fəaliyyəti ilə tanış olub. Trend in Naxçıvandakı müxbiri xəbər verir ki, dövlət başçısı Naxçıvan şəhərində yeni tikilmiş 792 nəfərlik 7 saylı ümumtəhsil məktəbini ziyarət edib. Daha sonra o, Naxçıvan qaz-turbin elektrik stansiyası ilə tanış olub. İlham Əliyev həmçinin "Cahan holdinq"ə məxsus olan çay-tütün sənaye kopleksində olub.

Dövlət başçısının Naxçıvan MR-də iştirak etdiyi daha bir önəmli mərasim Heydər Əliyev adına (keçmiş Vayxır) su anbarında yerləşən hidroelektrik stansiyasının açılış mərasimi olub. Hidroelektrik stansiyasının gücü 4,6 MVt təşkil edir.

Xəbər lenti

Xəbər lenti