...

ATƏT-in Demokratik institutlar və insan hüquqları bürosunun direktorunun Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 20 Dekabr 2006 17:25 (UTC +04:00)

Bu gün gecə ATƏT-in Demokratik institutlar və insan hüquqları bürosunun direktoru Kristian Ştroxal Bakıya gəlir. Bu barədə Trend ə ATƏT-in Bakı ofisinin siyasət və mətbuat məsələləri üzrə müşaviri Ülvi Axundov məlumat verib.

Kristian Ştroxalın Bakıdakı görüşləri dekabrın 21-də səhər başlayacaq. Saat 11.00-də ATƏT-in Bakı ofisində ATƏT-in Demokratik institutlar və insan hüquqları bürosunun direktoru Azərbaycanda seçkilərin monitorinqi ilə məşğul olan qeyri-hökümət təşkilatları ilə görüşəcək. 12.30-da hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nahar olacaq, sonra isə saat 14.30-da K.Ştroxel Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparacaq. 16.00-a müxalifət partiyaları ilə və 17.00-da Azərbaycanın daxili işlər naziri Ramil Usubovla görüş təyin olunub.

Azərbaycan səfərinin ikinci günündə - dekabrın 22-də ATƏT nümayəndəsi saat 10.00-da təhsil naziri Misir Mərdanovla görüşəcək, saat 11.30-da Azərbaycan prezidentinin İcra aparatında, saat 14.30-da baş prokuror Zakir Qaralov, 15.45-də ədliyyə naziri Fikrət Məmmədovla, 16.45-də Mərkəzi seçki komissiyasının sədri Məzahir Pənahovla və 18.00-da Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovla görüş təyin olunub.

K.Ştroxalın Azərbaycana səfəri dekabrın 23-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti