...

Bakıda USAİD-in təşkilat əlaqəsi proqramının təqdimetmə mərasimi keçirilib

Siyasət Materials 20 Dekabr 2006 17:49 (UTC +04:00)

Bu gün Bakıda ABŞ-ın beynəlxalq inkişaf agentliyinin Harmony layihəsi ilə icra olunan və təşkilatların ABŞ-a səfərləri vasitəsilə Azərbaycanda təşkilatların inkişafını dəstəkləmək məqsədi daşıyan təşkilat əlaqəsi proqramının təqdimetmə mərasimi keçirilib. Bu barədə Trend xəbər verir

Layihənin direktoru Kerri Kozbi təqdimetmə mərasimində çıxış edərək 2007-ci ilə prioritet layihələr barədə məlumat verib. Gələn il layihə şəhərsalma (layihə çərçivəsində Bakıdan 11 iştirkaçı seçiləcək), maliyyə, səhiyyə (Bakıdan, Qaxdan, Şəkidən, Ağdaşdan, İsmayıllıdan və Abşerondan 11 iştirakçı),təşkilat reklamı üçün marketinq şirkəti (bakıdan 10 iştirakçı), kənd təsərrüfatının maliyyələşməsi (bütün ölkədən 10 iştirakçı), idman və maraqlara görə gənclər təşkilatı (Bakıdan, Sumqayıtdan, Şəkidən,Qubadan və Lənkərandan 11 iştirakçı),seçki prosesindlə qadınların işqtirakının təmin olunması (Bakıdan, Gəncədən, Zaqataladan, Qubadan, Lənkərandan və Naxçıvandan 11 iştirakçı) kimi sahələri əhatə edəcək.

Xəbər lenti

Xəbər lenti