...

Əmək Nazirliyi: Azərbaycan və Rusiya RF-də əmək fəaliyyətinin leqallaşdırılmasında vətəndaşlara yardım etmək üçün plan hazırlayırlar

Siyasət Materials 21 Dekabr 2006 12:02 (UTC +04:00)
Əmək Nazirliyi: Azərbaycan və Rusiya RF-də əmək fəaliyyətinin leqallaşdırılmasında vətəndaşlara yardım etmək üçün plan hazırlayırlar

Rusiya höküməti 2007-ci ildə RF-nin əmək bazarlarına çıxış üçün normanı müəyyən edib. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti idarəsinin rəisi Vahab Məmmədovun Trend ə verdiyi məlumata görə, vizasız rejimi olan ölkələr üçün norma 6 mln., viza rejimi olanlar üçün isə - 302 min nəfər təşkil edir.

Azərbaycan və Rusiya arasında əmək miqrasiyası prosesinin nizamlanması üçün Azərbaycan vətəndaşlarına onların RF ərazisində əmək fəaliyyətinin leqallaşdırılmasında yardımın göstərilməsi üçün artıq qarşılıqlı əlaqə üzrə iş planı hazırlanır. Keçirilmiş tədbirlər zamanı bəzi vətəndaşlarda sənədlərin, uçot və qeydiyyat hüququnun olmaması ilə bağlı problemlər aşkar olunub, bəzilərində isə ümumiyyətlə sovet dövrünün pasportlarıdır.

"Problemlər var, lakin onlar həll oluna bilər, həm də biz RF-nin Səhiyyə və Sosial İnkişaf Nazirliyi və Federal miqrasiya xidməti ilə yardım haqqında razılıq əldə etmişik. Həm də Rusiyanın əmək bazarının kadrlara ehtiyacı var və demoqrafik problemlər var ki, onlara əmək bazarının ləğv olunması təsir göstərir", - deyə V.Məmmədov qeyd edib.

Leqallaşdırılma üzrə keçirilmiş tədbirlərin müsbət dinamikasından Rusiya tərəfinin Azərbaycan vətəndaşlarına əlavə xidmətlərin, o cümlədən sosial paketlərin (tibbi sığorta üzrə və b.) təqdim olunması asılı olacaq.

V.Məmmədov Rusiyanın əmək bazarında işləyən Azərbaycan vətəndaşlarının sayını deməyib, çünki bu barədə müxtəlif məlumatlar var (1milyondan 2 milyon nəfərə qədər).

Onun sözlərinə görə, hazırda Rusiyanın Sosial İnkişaf Nazirliyi informasiya sistemi qurur və qısa vaxt ərzində dəqiq rəqəm müəyyən olunacaq.

"Rusiya, bizim kimi, bu gün yalnız Azərbaycan üzrə deyil, həm də digər ölkələr üzrə dəqiq məlumatlara malik deyil. Vətəndaşlarımızın potensialının müəyyən olunması yalnız miqrasiya xidmətinin hesaba alınmasına imkan yaratmayacaq, həm də RF-də Azərbaycan vətəndaşlarının hüquqlarını müdafiə etməyə yardım edəcək. Ona görə də hər bir vətəndaş özü öz əmək fəaliyyətinin leqallaşdırılmasında maraqlı olmalıdır", - deyə V. Məmmədov qeyd edib.

Əmək Nazirliyi miqrant-vətəndaşların gələcəkdə problemlərlə üzləşməməsi və tam informasiyaya malik olmaları üçün onlara yaddaş dəftərçəsi hazırlayır.

RF-nin yeni qaydalarına görə, Rusiyaya gələrkən miqrasiya xəritəsində mütləq səfərin məqsədini göstərmək lazımdır. Əgər orada səfərin məqsədinin işə düzəlmək olduğu göstərilməsə, o zaman 1 yanvar 2007-ci il tarixindən həmin vətəndaşların işə düzəlməsi ilə bağlı problemləri yaranacaq və heç bir hüquqi məsələlər onlara kömək etməyəcək.

Sənədləri ilə bağlı yaranan problemə görə Rusiyanın əmək bazarını tərk etməyə məcbur olan vətəndaşlara gəlincə, o zaman, Əmək Nazirliyinin nümayəndəsinin fikrincə, onların işə düzəlməsi ilə bağlı heç bir problem yaranmamalıdır, belə ki, bu istiqamətdə fəal işlər görülür.

"Azərbaycanda peşəkar işçi kadrlara böyük tələbatın olduğunu nəzərə alaraq, onlar üçün hazırlıq kursları təşkil olunacaq. Bundan başqa Rusiyanın əmək bazarında və Azərbaycanın çıxa bildiyi başqa bazarlarda, Türkiyənin, Ukraynanın və başqa ölkələrin əmək bazarlarında işə düzəlmə proseslərinin nizamlanması mexanizmi hazırlanacaq", - deyə V.Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti