...

Dövlət Neft Şirkətinin başçısı: Azərbaycan əhalisinin 2007-ci ildə qazla bağlı problemi olmayacaq

Siyasət Materials 21 Dekabr 2006 12:12 (UTC +04:00)
Dövlət Neft Şirkətinin başçısı: Azərbaycan əhalisinin 2007-ci ildə qazla bağlı problemi olmayacaq

Azərbaycan əhalisinin 2007-ci ildə qaz təminatı bağlı heç bir problemi olmayacaq. Bu barədə bu gün Naxçıvan MR-də səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda 2007-ci ildə Rusiya qazının tədarükü haqqında danışıqlar davam etdirilir. "Həmçinin biz "Şahdəniz" yatağından Türkiyənin qaz normasının paylaşdırılması haqqında müzakirələri də davam etdiririk", - deyə R.Abdullayev bildirib.

O qeyd edib ki, idxal olunan qaz onsuz da elektrik enerjisinin istehsalı üçün ölkənin elektrik stansiyalarına verilir və əhaliyə verilmir. "2007-ci ildə ölkə əhalisinin qazla bağlı heç bir problemi olmayacaq", - deyə Rövnəq Abdullayev vurğulayıb.

Bu il Azərbaycan Rusiyadan hər 1 min kubmetrinin qiyməti 110 ABŞ dolları olan təxminən 4 mlrd. m3 qaz idxal edəcək. 2007-ci ildə "Qazprom" qazın 1 min kubmetrinin qiymətinin 235 ABŞ dollarına qədər artırılması haqqında təkliflə çıxış edir.

Xəbər lenti

Xəbər lenti