...

Gəncədəki 12 saylı Ərazi Vergilər İdarəsi yeni binaya köçürüləcək

Siyasət Materials 21 Dekabr 2006 12:48 (UTC +04:00)

Gəncədəki 12 saylı Ərazi Vergilər İdarəsi yeni binaya köçürüləcək. Bu barədə məlumatı Trendə İdarənin şöbə müdiri Arif Məmmədov verib.

A. Məmmədovun sözlərinə görə, şəhərin Şah İsmayıl Xətai prosopektində yerləşən, əvvələr mədəniyyət evi kimi istifadə edilən binada artıq bir ildən çoxdur ki, təmir işləri aparılır. Bunun üçün Vergilər Nazirliyi 697 600 YAM məbləğində vəsait ayırıb.

"Binanın xarici görkəminin abadlaşdırılması hələlik başa çatmayıb. Həmçinin idarəyə yeni mebel və digər inventarlar alınmalıdır. Bu işlər başa çatan kimi əməkdaşlarımız öz işlərini orada davam etdirəcəklər. Burada işçilər üçün lazım olan hər cürə şərait yaradılacaq" - deyə A. Məmmədov bildirdi.

Müsahib onu da qeyd etdi ki, binada təmir işlərinin 2007-ci ilin yanvarında yekunlaşacağı nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti