...

Səfir: İran iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi haqqında Azərbaycandan təkliflər gözləyir

Siyasət Materials 21 Dekabr 2006 17:15 (UTC +04:00)
Səfir: İran iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi haqqında Azərbaycandan təkliflər gözləyir

İran iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi haqqında təklifi Azərbaycan hökumətindən gözləyir. Trend xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani jurnalistlərə bildirib.

Səfirin sözlərinə görə, komissiyanın əvvəlki - altıncı iclası Tehranda keçirilib, bu dəfə isə Bakıda keçirilməlidir və Azərbaycan tərəfi iclasın keçirilmə tarixini bildirməlidir.

İclası gələn ilin ilk yarısında keçirmək planlaşdırılır. Komissiya Azərbaycanla İran arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə çox sayda məsələləri müzakirə etməlidir.

Xəbər lenti

Xəbər lenti