...

Bakıda Azərbaycan-İran elmi-tədqiqat mərkəzi açılıb

Siyasət Materials 21 Dekabr 2006 17:17 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycan-İran elmi-tədqiqat mərkəzi açılıb. Trend xəbər verir ki, mərkəzin açılışında Akademiyanın prezidenti Mahmud Kərimov və İranın Azərbaycndakı səfiri Əfşar Süleymani iştirak edib.

Öz çıxışında səfir iki ölkə arasında münasibətlərin inkişafı məqsədilə həmin mərkəzin əhəmiyyətini vurğulayıb. O bildirib ki, səfirlik həmin mərkəzə təxminən 1000 kitab bağışlayıb. O ümidlərini bildirib ki, bu mərkəzin açılışı iki ölkə arasında münasibətləri möhkəmləndirəcək.

Səfir qeyd edib ki, İranda Azərbaycan haqqında çox şey bilirlər, Azərbaycanda isə İran haqqında informasiya azdır və gələcəkdə bu məqsədlə mərkəzin informasiya bazası dövrü olaraq zənginləşdiriləcək, İranın tarixi və ədəbiyyatı ilə maraqlanan hər kəs İran haqqında kifayət qədər informasiya toplanmış bu mərkəzi ziyarət edə bilər.

Xəbər lenti

Xəbər lenti