...

Səfir: İran parlamenti sədrinin Azərbaycana səfərinin tarixi razılaşdırılır

Siyasət Materials 21 Dekabr 2006 18:51 (UTC +04:00)

İran İslam Respublikasının parlament sədri Qulam Əli Xaddad Adilin Azərbaycana rəsmi səfərinin tarixi diplomatik kanallarla razılaşdırılır. Bu barədə Trend ə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani xəbər verib.

Səfirin sözlərinə görə, rəsmi dəvət İran parlametinin spikerinə təqdim olunub və indi səfərin dəqiq tarixi və proqramı razılaşdırılır. Səfir qeyd edib ki, İran tərəfi tarixlə bağlı Azərbaycan tərəfinin təklifini gözləyir.

Xatırladaq ki, əvvəlcə görüşün spikerin MDB ölkələrinə səfəri çərçivəsində bu il keçirilməsi planlaşdırılmışdı, lakin sonra Azərbaycana ayrıca səfər təşkil edilməsi qərar alınıb.

Spikerin səfəri çərçivəsində qanunların beynəlxalq qanunvericiliyə unfikasiyası və təkmilləşdirilməsi sahəsində parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi gözlənilir. İki ölkə parlamentariləri həmçinin ikitərəfli siyasi, mədəni və humanitar münasibətlərin inkişaf məsələlərini də müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti