...

Milli Məclis qadınlara qarşı zorakılığı pisləyən xüsusi bəyanat qəbul edib

Siyasət Materials 21 Dekabr 2006 19:19 (UTC +04:00)

Dekabrın 21-də Milli Məclisdə qadın problemlərinə həsr olunmuş dinləmələr keçirilib. Trend in məlumatına görə, Avropa Şurasının "Qadınlara qarşı zorakılıqla mübarizə" devizi altında təşkilata üzv olan 46 dövlətdə başladığı kampaniya çərçivəsində həyata keçirilən bu tədbirdə müvafiq nazirliklərin və qurumların rəhbərləri də iştirak ediblər.

İclasda qadınlara qarşı zorakılığın qarşısının alınması üçün müvafiq qanunvericilik, vətəndaşların maarifləndirilməsi, üzv ölkələrin bu sahədə siyasi iradə nümayiş etdirməsinin vacibliyi, insan hüquqlarının vəziyyəti, gender bərabərliyi, əldə edilmiş tərəqqinin monitorinqi və digər mövzularda geniş fikir mübadiləsi aparılıb.

Millət vəkilləri və dinləmələrə dəvət olunan hökumət nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri müzakirə olunan məsələ ilə bağlı öz fikirlərini bildiriblər.

Müzakirələr başa çatandan sonra qadınlara qarşı zorakılığı, xüsusən də məişət zorakılığını pisləyən Milli Məclisin xüsusi bəyanatı qəbul olunub.

Xəbər lenti

Xəbər lenti