...

Tağı Əhmədov: Bakı metropolitenində gediş haqqı dünyanın hər yerindən ucuzdur

Siyasət Materials 22 Dekabr 2006 13:03 (UTC +04:00)
Tağı Əhmədov: Bakı metropolitenində gediş haqqı dünyanın hər yerindən ucuzdur

1 yanvar 2007-ci il tarixindən Bakı metropoliteni tamamilə çip kartları sisteminə keçir. Trend in verdiyi xəbərə görə, bu barədə dekabrın 22-də "Yeni Azərbaycan" partiyasının qərargahında keçirilən mətbuat konfransında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

Metropoliten rəisinin sözlərinə görə, bir kartın qiyməti 2 manatdır, kart metropolitenə təxminən həmin qiymətə başa gəlir. Ölkəyə artıq 400 min kart gətirilib, daha 200 min yaxın günlərdə gətiriləcək. Sərnişinlərə artıq 250 min kart satılıb.

T.Əhmədovun sözlərinə görə, bu gün bir sərnişinin gedişi metropolitenə 55 qəpiyə başa gəlir, gediş jetonlarının qiyməti isə - 5 qəpikdir.

"Bu, bütün dünyada metroda gediş üçün ən aşağı qiymətdir", - deyə metropoliten rəisi vurğulayıb.

T.Əhmədov bildirib ki, 2007-ci ildə Bakı metropoliteni Mıtişinsk vaqonqayırma zavodundan 25 yeni vaqon almağı, qatarlar arasında fasilənin isə dünyada qəbul olunmuş standartlara - 80 saniyəyə qədər azaltmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti