...

ATƏT DİİHB başçısı: Azərbaycan son 3 ildə modernləşmə və inkişaf prosesləri ilə bağlı böyük uğurlar qazanıb

Siyasət Materials 22 Dekabr 2006 16:56 (UTC +04:00)

Azərbaycan son 3 ildə modernləşmə və inkişaf prosesləri ilə bağlı böyük uğurlar qazanıb. Trend xəbər verir ki, bu barədə dekabrın 22-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə ATƏT-in demokratik institutlar və insan haqları bürosunun direktoru Kristian Ştroxal bildirib.

O qeyd edib ki, ATƏT-in də bu sahəyə öz payını verməsindən çox məmnundur və regionda ATƏT-in fəaliyyətinə Azərbaycanın böyük dəstək göstərməsini yüksək qiymətləndirir.

Azərbaycan prezidenti bundan sonra da ölkənin ATƏT-lə münasibətləri inkişaf etdirməyə və təşkilata hər cür dəstək göstərməyə hazır olduğunu bildirib. İ.Əliyevin sözlərinə görə, ölkənin sosial-iqtisadi və siyasi inkişafı uğurla gedir, Azərbaycan regional əməkdaşlıqda fəal iştirak edir.

Xəbər lenti

Xəbər lenti