...

Bitərəf deputat Aydın Həsənov hakim Yeni Azərbaycan Partiyasına keçib

Siyasət Materials 22 Dekabr 2006 17:26 (UTC +04:00)

Milli Məclisin dekabrın 22-də keçirilən iclasında bitərəf deputat Aydın Həsənov hakim Yeni Azərbaycan Partiyasına (YAP) keçdiyini bəyan edib.

Trend in məlumatına görə, o vurğulayıb ki, hökumətin həyata keçirdiyi siyasəti bəyənir və görülən işləri dəstəkləyir. "Ona görə də Yeni Azərbaycan Partiyasına keçmək haqqında qərar qəbul etmişəm."

Aydın Həsənovun bu bəyanatı YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, YAP 1992-ci ildə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 13 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti