...

Milli Məclisin sədri ATƏT nümayəndəsi ilə görüşüb

Siyasət Materials 23 Dekabr 2006 11:43 (UTC +04:00)

Dekabrın 22-də Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in Demokratik Təsisatlar v İnsan Hüquqları Bürosunun direktoru Kristian Ştrohalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend in məlumatına görə O.Əsədov görüşdə bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT və onun Parlament Assambleyası ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. ATƏT unikal təşkilat kimi Avropa təhlükəsizlik arxitekturası üçün çox önəmli qurumdur.

O qeyd edib ki, Cənubi Qafqazda mövcud olan münaqişələr bölgənin dinamik inkişafına, ümumiyyətlə təhlükəsizliyə böyük maneələr törədir, insan haqlarının pozulmasına gətirib çıxarır. Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurdlarından qovulmuş insanlar seçmək və seçilmək hüququndan məhrum olublar.

"BMT-nin və AŞ PA-nın münaqişə ilə bağlı qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini yeritməkdə davam edir. Biz problemin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun səylərini artıracağına ümid edir, münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinə inanırıq" - deyə Milli Məclis sədri vurğulayıb.

K. Ştrohal Azərbaycanda gedən proseslərlə yaxından tanış olduğunu və ölkəmizlə təmsil etdiyi təşkilat arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. Qonaq bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda aparılan demokratikləşmə prosesinə yardım göstərməyə hazırdır.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti