...

Mətbuat şurasının sədri hesab edir ki, Azərbaycanda jurnalistikanın inkişafı sahəsində dövlət proqramının qəbul olunmasına kəskin zərurət var

Siyasət Materials 23 Dekabr 2006 12:18 (UTC +04:00)
Mətbuat şurasının sədri hesab edir ki, Azərbaycanda jurnalistikanın inkişafı sahəsində dövlət proqramının qəbul olunmasına kəskin zərurət var

Azərbaycanda jurnalistikanın inkişafı sahəsində dövlət proqramının qəbul olunmasına kəskin zərurət var. Trend xəbər verir ki, bu barədə ölkənin Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bu gün Bakıda Azərbaycan jurnalistlərinin dördüncü qurultayında çıxış edərkən bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı təkliflər və müvafiq sənədlər hazırlanır.

MŞ sədri bildirib ki, 3-cü qurultaydan indiyədək Şura 19 iclas keçirib və orada 117 məsələ müzakirə olunub. Bu müddət ərzində 29 KİV MŞ-nin tərkibindən çıxarılıb və daha 25-nə qarşı analoji tədbirlərin görüləcəyi mümkündür. Onun sözlərinə görə, hesabat dövründə MŞ-in büdcəsi 25 min AZN təşkil edib, bunun 15 mini müxtəlif qrantların payına düşür, 6 mini - müxtəlif tədbirlərin keçirilməsi nəticəsində daxil olan vəsaitlərdir, 3 min 200-ü isə - üzvlük haqqlarıdır. Bu zaman Ə.Amaşov narazı olduğunu bildirib ki, hazırki vəsaitlər hətta Mətbuat Şurasının işçilərinin əmək haqqının verilməsinə də çatmır və onların məvacibləri Soros Fondunun Açıq cəmiyyət institutunun ayırdığı vəsaitlər hesabına ödənilir.

Ə.Amaşov həmçinin Azərbaycanın kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının vəziyyətindən də narazı olduğunu bildirib. Onun sözlərinə görə, əvvəlki kimi jurnalistlərin mənzil-məişət vəziyyəti, onların müalicə və istirahət məsələləri bərbad vəziyyətdədir və jurnalistlər üçün mənzil-tikinti kooperativinin yaradılmasına zərurət var. Ə.Amaşov o cümlədən bölgələrdən də KİV-in fəaliyyətinə dair daxil olan şikayət məktublarının sayının da artdığını qeyd edib. Şikayətlər həm deputat, müəssisə və digər orqanlardan, eləcə də ictimaiyyət nümayəndələrindən daxil olur. "İdeal", "Naxçıvanın səsi" kimi bir sıra qəzetlər var ki, onlara dair dəfələrlə məhkəmə qərarları qəbul olunub və onlar fəaliyyət göstərməkdə davam edirlər. Bütövlükdə isə hesabat dövründə KİV sahəsində təxminən 1000 qanun pozuntusu qeydə alınıb və onların 250-si peşəkar etika qaydalarının pozulması ilə bağlıdır.

Mandat komissiyasının hesabatına əsasən Azərbaycan jurnalistlərinin dördüncü qurultayının işində dəvət olunmuş 121 KİV-dən tədbirdə 114-ü (94,3%) iştirak edir. 202 dəvət olunmuş iştirakçıdan 163 (80,7%) jurnalist qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti