...

Gülüstan sarayında "Böyük yolun davamçısı" adlı konfrans keçirilib

Siyasət Materials 23 Dekabr 2006 13:17 (UTC +04:00)
Gülüstan sarayında "Böyük yolun davamçısı" adlı konfrans keçirilib

Dekabrın 23-də "Gülüstan sarayında" hakim Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Böyük yolun davamçısı" adlı konfrans keçirilib. Trend xəbər verir ki, konfrasda hökümət nümayəndələri, millət vəkilləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan hakim Yeni Azərbaycan Partiyasının icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, konfransın keçirilməsi prezident İlham Əliyevin ad günü ərəfəsinə təsədüf edilir. Ə.Əhmədov konfrans iştirakçıları adından prezident İ.Əliyevi ad günü münasibəti ilə təbrik edib və dövlət başçısına uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayıb.

O vurğulayıb ki, konfransın adının belə seçilməsi iki məsələni özündə əks etdirir: "Bunlardan birincisi böyük yol, ikincisi isə onun davam etdirilməsidir. Milli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən böyük yolu bu gün İlham Əliyev uğurla davam etdirir".

Sonra Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, deputat Nizami Cəfərov "Yeni zaman və yeni lider" adlı məruzə ilə çıxış edib. O, vurğulayıb ki, prezident İ.Əliyev böyük zamanın davamçısıdır. N.Cəfərov qeyd edib ki, İ.Əliyev Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədə fəal iştirak edib. Prezident İ.Əliyev Azərbaycanı yenidən qurur. Bu yenidən qurmada kiçik ideyalara yer yoxdur. Bu mühütdə dedi-qodularla qələbə qazanmaq, qəhrəman olmaq mümkün deyil, xalq da bunu istəmir. Çünkü İ.Əliyev tərəfindən müəyyənləşdirilən ideyalar beynəlxalq miqyasda işləyir. Bu yeni liderin xarakteri, qabiliyyəti və yaratdığı Azərbaycandır". N.Cəfərov hesab edir ki, Azərbaycana "İ.Əliyevin Azərbaycanı" demək olar. İ.Əliyevin türk dünyası üçün böyük işlər gördüyünü vurğulayan millət vəkili qeyd edib ki, Azərbaycan prezidenti türk dünyasının şəriksiz liderinə çevrilib: "Bu, çox mühüm hadisədir".

Konfrans YAP idarə heyətinin üzvü, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev və digər natiqlərin çıxışları ilə davam etdirilib.

Xəbər lenti

Xəbər lenti