...

Azərbaycan XİN əməkdaşları üçün ingilis dili kursları başa çatıb

Siyasət Materials 23 Dekabr 2006 13:55 (UTC +04:00)

Trend xəbər verir ki, 2006-cı il dekabrın 22-də Azərbaycan respublikası XİN Diplomatik Akademiyasının təşəbbüsü ilə nazirliiyn əməkdaşları üçün təşkil edilmiş ingilis dilinin təkmilləşdirilməsi kursları öz işini başa vurub. 3 ay davam edən kursun məzunlarını nazir müavini, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev təbrik edib və müvafiq şəhadətnamlər təqdim edib.

ABŞ səfirliyi və Azərbaycan respublikası XİN-nin birgə səyləri nəticəsində ABŞ-ın nüfuzlu universitetlərindən dəvət olunmuş mühazirəçilər - professor Qlen Dekert və professor Rocer Ritvo bu kurslarda tədrisi aparıb.

Kurslar ingilis dilini təkmilləşdirmiş 10 diplomatın xidməti ezamiyyətə göndərilməsini sürətləndirib.

Xəbər lenti

Xəbər lenti