...

9 ay ərzində Azərbaycanın hüquq-mühafizə orqanlarına vətəndaşlardan hüquqlarının pozulması faktı ilə bağlı 55 müraciət daxil olub

Siyasət Materials 23 Dekabr 2006 14:04 (UTC +04:00)
9 ay ərzində Azərbaycanın hüquq-mühafizə orqanlarına vətəndaşlardan hüquqlarının pozulması faktı ilə bağlı 55 müraciət daxil olub

2006-cı ilin 9 ayı ərzində Azərbaycanın hüquq-mühafizə orqanlarına vətəndaşlardan hüquqlarının pozulması faktı ilə bağlı 55 müraciət daxil olub. Trend xəbər verir ki, bu barədə "Azərbaycan qanunvericiliyində insan haqları: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfrasda çıxış edərkən Azərbaycanın daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.

Onun sözlərinə görə, bu sıraya vətəndaşların əmlak, qeydiyyat, seçki və s. bu kimi haqları ilə bağlı faktlar daxildir.

2000-2005-ci, eləcə də 2006-cı il ərzində vətəndaşlarla kobud rəftara görə 487 hüquq-mühafizə orqanı əməkdaşı müxztəlif cəzalar alıb. Onlardan 32-si cinayət məsuliyyətinə cəlb olunub, 31-i başqa işə keçirilib, 6-sı rütbəcə aşağı salınıb, 81-i orqanlardan qovulub, 331-nə dair isə inzibati tədbirlər həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti