...

Ukraynanın baş nazirinin Azərbaycana səfəri çərçivəsində sənəd imzalanması gözlənilmir

Siyasət Materials 25 Dekabr 2006 11:07 (UTC +04:00)

Azərbaycan Nazirlər Kabinetinə istinadən Trend bildirir ki, Ukraynanın baş naziri Viktor Yanukoviçin Azərbaycana işgüzar səfərinin ilkin proqramı hazırlanıb.

Ukryana hökuməti başçısının səfəri dekabrın 26-da baş tutacaq. Səfər proqramına eks-prezident Heydər Əliyevin memorialına və Şəhidlər Xiyabanında şəhidlərin məzarına əklil qoyulması nəzərdə tutulur. Daha sonra Azərbaycanın Nazirlər Kabinetində baş nazir Artur Rəsizadə ilə görüş planlaşdırılıb. Ukrayna baş nazirini prezident İlham Əlyevin də qəbul edəcəyi gözlənilir.

Hökumətdən bildriblər ki, səfər zamanı sənəd imzalanması gözlənilmir.

Xəbər lenti

Xəbər lenti