...

MSK sədri Məzahir Pənahov: "Beynəlxalq təşkilatlar dairə seçki komissiyalarında keçirilən monitorinqlərdən razı qalıblar"

Siyasət Materials 25 Dekabr 2006 11:19 (UTC +04:00)

Seçki Sistemləri üzrə Beynəlxalq Fondun nümayəndələri Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarında keçirdiyi monitorinqlərdə iştirak edirlər. Trend in məlumatına görə, MSK sədri Məzahir Pənahov jurnalistlərə verdiyi açıqlamada belə deyib.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslara da keçirilən monitorinqlər haqqında məlumat verilib. "Beynəlxalq təşkilatların nümayəndələri keçirilən monitorinqlərdən razı qalıblar. Onlar qeyd ediblər ki, bu yoxlamalarda bütün məsələlər öz əksini tapıb." deyə, Məzahir Pənahov qeyd edib.

Xəbər lenti

Xəbər lenti