...

Nyu-Yorkda Dünya Azərbaycanlılarının Həmrəylik günü və Qurban bayramı qeyd olundu

Siyasət Materials 25 Dekabr 2006 14:43 (UTC +04:00)

Nyu -Yorkda, Azərbaycanın BMT-dəki nümayəndəliyində Dünya Azərbaycanlılarının Həmrəylik günü, Qurban bayramı, eləcə də yeni il münasibətilə ziyafət təşkil olunub. Bu barədə Trend ə Azərbaycanın BMT-dəki nümayəndəliyindən məlumat verilib.

Tədbirdə Nyu-Yorkda və Vaşinqtonda yaşayan azərbaycanlılar, Azərbaycandan gəlmiş şəxslərdən ibarət yəhudi və digər icmaların nümayəndələri, bu bölgədə fəaliyyət göstərən bir necə Azərbaycan cəmiyyətlərinin üzvləri və Azərbaycanın BMT-dəki nümayəndəliyinin əməkdaşları iştirak edib.

Tədbiri Azərbaycanın BMT-dəki nümayəndəsi, səfir Aqşin Mehdiyev açıb və o, iştirakçılara Azərbaycanın müstəqillik əldə etdikdən sonra əldə etdiyi uğurlar, prezident İlham Əliyevin siyasəti və Azərbaycanın dünyada rolu haqqında məlumat verib. O, həmçinin digər ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycanın nüfuzunun yüksəldilməsində xüsusi rolunu vurğulayıb.

Sonra Heydər Əliyev Fondunun çəkdiyi, Azərbaycana həsr olunmuş film nümayiş etdirilib. Azərbaycan musiqisinin konserti təşkil olunub, qonaqlara milli xörəklər və şirniyyatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti