...

Klassik Xalq Cəbhəsi Partiyasının rəhbər strukturları haqqında əsasnamələr qəbul edilib

Siyasət Materials 25 Dekabr 2006 14:47 (UTC +04:00)

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) rəhbər strukturları - İdarə Heyəti, Sədr Aparatı və Mərkəzi Nəzarət Təftiş Komissiyası barədə əsasnamələr qəbul edilib. Bu barədə Trend ə partiyanın sədri Mirmahmud Mirəlmoğlu məlumat verib.

Qeyd edək ki, dekabrın 24-də partiyanın Ali Məclisinin növbəti sessiyası keçirilib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın təşkilati məsələləri müzakirə olunub. İctimai-siyasi durumla bağlı Mirmahmud Mirəlioğlunun məruzəsi dinlənilib. Sonra İdarə Heyəti, Sədr Aparatı, Mərkəzi Nəzarət Təftiş Komissiyası barədə əsasnamələr qəbul edilib. Həmçinin KXCP-nin 2007-ci ilə dair fəaliyyət istiqamətlərini əks etdirən plan təsdiqlənib.

Ali Məclisin toplantısında partiyanın İdarə Heyətinə 3 nəfər yeni üzv seçilib. Partiya həmçinin Xalq Cəbhəsi Partiyasının qurucusu, eks-prezident Əbülfəz Elçibəyin məzarüstü abidəsinin ucadılmamasını müzakirəyə çıxarıb və bununla əlaqədar dövlət başçısına müraciət qəbul olunub. Müraciətdə parlamentdə eks-prezidentlik haqqında qanunun müzakirəyə çıxarılması, dövlət tərəfindən Əbülfəz Elçibəyin məzarüstü abidəsinin ucaldılması xahiş olunur.

Qeyd edək ki, AXCP-nin sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra ("islahatçılar" və "klassiklər" qanadı) "Klassiklər" AXCP-sinə sədrlik edib. AXCP adına iddia edən partiyanın, nəhayət, 2006-cı ildə adında dəyişiklik edilərək Klassik Xalq Cəbhəsi Partiyası kimi təsis qurultayı keçirilib.

Xəbər lenti

Xəbər lenti