...

Azərbaycan və Gürcüstanın baş nazirləri iqtisadi münasibətlərin perspektivlərini müzakirə ediblər

Siyasət Materials 25 Dekabr 2006 15:50 (UTC +04:00)

Dekabrın 25-də Azərbaycanla Gürcüstan arasında ticarət-iqtisadi münasibətlərin perspektivləri Bakıda iki hökumət başçısı - Artur Rəsizadə və Zurab Noqaidelinin görüşü zamanı müzakirə edilib. Bu barədə Trend ə Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidmətindən Akif Əli məlumat verib.

Onun sözlərinə görə, hökumət başçıları əvvəl tet-a-tet görüşüb, daha sonra danışıqlar iki hökumətin baş nazirləri, iqtisadi inkişaf, nəqliyyat, sənaye və energetika nazirlərinin və b. iştirakı ilə geniş tərkibdə davam etdirilib. Tərəflər energetika, nəqliyyat və ticarət sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya çərçivəsində aparılmış danışqların nəticələrini və Azərbaycanla Gürcüstan arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.

Xəbər lenti

Xəbər lenti