...

Azərbaycanın Müdafiə Nazirliyi: Azərbaycandan İraqa 100, Kosovoya 7, Əfqanıstana isə 6 sülhməramlı göndəriləcək

Siyasət Materials 25 Dekabr 2006 17:36 (UTC +04:00)

2007-ci ilin yanvar ayının ilk 15 günü ərzində sülhməramlı qismində Azərbaycandan İraqa 100, Kosovoya 7, Əfqanıstana isə 6 hərbi qulluqçu göndəriləcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev məlumat verib.

"Hərbi qulluqçularımız həmin ölkələrdə hərbi xidmətini başa vurmuş sülhməramlılarımızı əvəz etmək üçün adi rotasiya qaydasına uyğun olaraq ezam ediləcəklər. Hərbi xidmətlərini həmin ölkələrdə başa vurmuş hərbçi qulluqçularımız isə vətənə qayıdacaqlar" - deyə İ.Verdiyev bildirib.

İ.Verdiyevin sözlərinə görə, azərbaycanlı sülhməramlılardan ibarət qrupların həmin ölkələrə sonuncu dəfə ezam olunması 2006-cı ilin iyul ayında baş verib.

Xəbər lenti

Xəbər lenti