...

Səfir – Məkkənin otellərindən birində baş vermiş yanğın qurbanları arasında Azərbaycan vətəndaşı yoxdur

Siyasət Materials 26 Dekabr 2006 11:46 (UTC +04:00)
Səfir – Məkkənin otellərindən birində baş vermiş yanğın qurbanları arasında Azərbaycan vətəndaşı yoxdur

Məkkənin otellərindən birində baş vermiş yanğın qurbanları arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Trend ə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən bildiriblər.

Yanğın haqqında informasiya alınan kimi səfirlik dərhal Krallığın müvafiq orqanlarına müraciət edərək zərərçəkmişlər arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını aydınlaşdırmağa çalışıb. Hələ ki bu barədə bir informasiya alınmayıb. Səfirlik nümayəndəsinin sözlərinə görə, yanğın nəticəsində 16 şəxs həlak olub, onların vətəndaşlığı hələ müəyyən edilir.

Yanğın binanın aşağı mərtəbələrini əhatə etdiyindən (burda qalanlar əsasən Həcc ziyarətinə gəlmiş müsəlmanlardır) otel sakinlərini vertolyotlarla evakuasiya etməli oublar. Hüquq-mühafizə orqanları yanğının səbəblərini araşdırır.

Səudiyyə Krallığı Həcc ziyarətlərinin təşkili idarəsinin məlumatına görə, bu il Həcc ziyarətini təxminən 3 milyon zəvvar həyata keçirir, o cümlədən 1, 3milyon xaricdən gələn müsəlmanlar.

Xəbər lenti

Xəbər lenti