...

Millət vəkili Yaqub Mahmudov: "Missioner təşkilatlar hazırda Azərbaycanda yeni şəbəkə yaradıblar"

Siyasət Materials 26 Dekabr 2006 13:49 (UTC +04:00)

Missioner təşkilatlar hazırda Azərbaycanda yeni şəbəkə yaradıblar. Trend in məlumatına görə, Milli Məclisin dekabrın 26-da keçirilən iclasında tarixçi alim, deputat Yaqub Mahmudov belə deyib.

O, qeyd edib ki, hazırda Azərbaycanda dövlətə zərbə vuran prosses gedir: "Şəki rayonunda olan Kiş kilsəsi xarici təşkilatların yardımı ilə təmir olunub. Təmir zamanı kilsənin aşağı hissəsində yerləşən 6 minillik tarixi olan yazının üstü örtülüb. Bundan başqa missioner təşkilatlar Bakını xristianlığın paytaxtı kimi təqdim edirlər. Onlar hətta Bakının adını dəyişdirmək iddiasına düşüblər".

Y. Mahmudovun sözlərinə görə, Qax rayonunda olan qədim Alban abidəsinin üstündə kilsə ucaldıblar: "Missioner təşkilatlar Azərbaycanın şimal bölgəsində geniş fəaliyyət göstərirlər. Bunun qarşısı alınmasa, ölkəmiz üçün ciddi problemlər yarana bilər".

Millət vəkili təklif edib ki, belə halların qarşısını almaq üçün "Dini etiqad azadlığı haqqında" qanuna yenidən baxılsın və orada lazımi dəyişikliklər edilsin.

Xəbər lenti

Xəbər lenti