...

ARDNŞ-in birinci vitse-prezidenti – "Şahdəniz" yatağında birinci quyuda işlərin dayandırılması qaz sızması ilə bağlı olub

Siyasət Materials 26 Dekabr 2006 13:55 (UTC +04:00)
ARDNŞ-in birinci vitse-prezidenti – "Şahdəniz" yatağında birinci quyuda işlərin dayandırılması qaz sızması ilə bağlı olub

"Şahdəniz" yatağında birinci quyuda hasilatın dayandırılması texniki səbəblərdən olub, 800-900 metr dərinliyində qaz sızması aşkar edilib. Bu barədə Trend ə Azərbaycan Dövlət Nefti Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

O bildirib: "Bu problemin həlli variantlarından biri qaz sızmasını örtə bilən xüsusi həlledicinin istifadə edilməsidir".

Onun sözlərinə görə, bu halda quyuda heç bir mürəkkəblik müşahidə olunmayacaq, ikinci quyunun birləşməsində də yardımçı olacaq.

Gələn ay "BP Azerbaijan" şirkətinin "Şahdəniz" yatağında ikinci quyunu istismara verməsi gözlənilir.

Birinci quyuda qaz hasilatına dekabrın 15-də başlanılıb. Sutka ərzində birnci quyudan 5,6 mln. m3 qaz və 2,5 min ton qaz kondensatı hasil edilirdi.

"Şahdəniz"in "Mərhələ-1"də ildə 8,6 mlrd. kub metr qaz hasil ediləcəyi gözlənilir. 2007-ci ildə isə "Şah dəniz"dən 5,4-5,6 mlrd. kub metr qaz hasil ediləcək.

Xəbər lenti

Xəbər lenti