...

Ukraynanın baş naziri Bakıya gəldi

Siyasət Materials 26 Dekabr 2006 14:11 (UTC +04:00)

Ukraynanın baş naziri Viktor Yanukoviç dekabrın 26-da birgünlük səfər proqramı ilə Bakıya gəlib. Bu barədə Trend xəbər verir.

Səfər proqramına əsasən, baş nazir Azərbaycanın baş naziri Artur Rəsizadə ilə "tet-a-tet" görüşəcək. Daha sonra hər iki ölkənin hökumət nümayəndə heyəti danışaqlara başlayacaq, danışıqların nəticəsi barədə hər iki baş nazir mətbuata şərh verəcək.

Günün ikinci yarısında V.Yanukoviçin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü gözlənilir. Axşam səfər başa çatacaq.

V.Yanukoviçin Azərbaycana səfəri çərçivəsində neft-qaz sahəsində əməkdaşlıq barədə müzakirələr aparılması gözlənilir. Bununla əlaqədar olaraq baş nazirin başçılıq etdiyi hökumət nümayəndələrindən ibarət heyətin tərkibinə Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko da daxildir.

Xəbər lenti

Xəbər lenti