...

Gələn il Güney Azərbaycanda bir sıra aksiyalar keçiriləcək

Siyasət Materials 26 Dekabr 2006 14:56 (UTC +04:00)

Dekabrın 26-da Beynəlxalq Mətbuat Mərkəzində Güney Azərbaycanla bağlı fəaliyyət göstərən təşkilatların 2006-ci ildəki fəaliyyətin yekunlarına dair mətbuat konfransı keçirilib. Trend in məlumatına görə, Güney Azərbaycan Milli Hərəkatının il ərzindəki fəaliyyəti, üzləşdiyi çətinliklər, təzyiqlər barədə danışılıb, həmçinin gələn il görüləcək işlər haqqında məlumat verilib.

Güney Azərbaycan Milli Hərəkatını Müdafiə Komitəsinin rəhbəri Cahandar Bayoğlu bildirib ki, gələn il Güney Azərbaycanın "Oyanış" Hərəkatına dəstək məqsədilə daha da təşkilatlanmış formada işlər görüləcək, İranda kütləvi tədbirlər keçiriləcək. 28 may Quzey Azərbaycanın Müstəqillik Günü münasibətilə Güney Azərbaycanda tədbir keçiriləcək, həmçinin ermənilərin 24 apreldə qeyd etdikləri qondarma "erməni soyqırımı" ilə bağlı mitinq təşkil olunacaq. Güney Azərbaycan Milli Hərəkatı ilə yanaşı həmçinin Qarabağ məsələsi də diqqətdə saxlanılacaq.

Güney Azərbaycan Milli Oyanış hərəkatının Bakı nümayəndəsi Ağrı Qaradağlı Milli hərəkatçılara qarşı göstərilən təzyiqlərdən, həbs olunmalarından danışıb. Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin eksperti Sadiq İsabəyli İran rejiminin Güneydəki Milli Hərəkatı yatırmaq cəhdlərindən danışıb. Onun sözlərinə görə, bu il may ayında İranda azərbaycanlıların tarakana bənzədilərək karikaturasının dərc olunması heç də təsadüfi deyil: "Burada hakimiyyətin məqsədi Milli Hərakatçıları üzə çıxarmaq, həbs etmək, işgəncələrə məruz qoymaq idi. Lakin gələn ildən Güney Azərbaycan Milli Hərəkatı daha təşkilatlanmış formada fəaliyyətinin davam etdirəcək".

Xəbər lenti

Xəbər lenti