...

Milli Məclis sədrinin müavini Bahar Muradova: "Qoran Lenmarkerin bölgəyə səfərinin vaxtı qarşıdakı bir ayda müəyyənləşəcək"

Siyasət Materials 26 Dekabr 2006 17:03 (UTC +04:00)

ATƏT Parlament Assambleyasının (ATƏT PA) Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lenmarkerin bölgəyə səfərinin vaxtı qarşıdakı bir ayda müəyyənləşəcək. Trend in məlumatına görə, bu barədə Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə bildirib.

B.Muradova vurğulayıb ki, Qoran Lenmarker özü bildirib ki, yeni statusda bölgəyə səfər etmək fikrindədir.

Qoran Lenmarkerin hazırladığı məruzənin nə vaxt müzakirəyə çıxarılacığına gəlincə, Bahar Muradova qeyd edib ki, "əgər Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi təyin olunubsa, bu sənəd üzərində iş aparılıbsa və ATƏT bu problemin həllində əsas rol oynayırsa, deməli, məruzə mütləq müzakirəyə çıxarılıcaq."

Onun fikrincə, məruzənin müzakirəyə çıxarılması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan arasında aparılan danışıqların səviyyəsindən asılıdır.

"Münaqişənin həlli üçün vasitəçilik missiyasını həyata keçirən bir təşkilatda müzakirə xatirinə müzakirələrin aparılacığını gözləmirəm" - deyə Bahar Muradova bildirib.

Xatırladaq ki, Q.Lenmarker bir müddət ATƏT PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi kimi fəaliyyət göstərib, sonra qurumun prezidenti seçilib və hazırda hər iki vəzifəni yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti