...

Millət vəkilləri Ağdərənin rayon statusunun bərpa olunmasını vacib sayırlar

Siyasət Materials 26 Dekabr 2006 18:03 (UTC +04:00)

Dağlıq Qarabağda yerləşən Ağdərə rayonunun bərpa olunması vacibdir. Trend in məlumatına görə, bu təkliflə Milli Məclisin dekabrın 26-da keçirilən iclasında millət vəkili Qənirə Paşayeva çıxış edib.

Millət vəkili qeyd edib ki, bu rayonun icra sturukturunun yaradılması Ağdərə sakinlərinin problemlərinin daha çevik şəkildə həll olunmasına gömək edər.

"Ağdərənin rayon statusunun ləğv olunması səhv addım olub və biz bu səhvi düzəltməliyik."

Qeyd edək ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxil olan Ağdərə rayonunun statusu 1992-ci ildə Azərbaycan hakimiyyətinin qərarı ilə ləğv olunub. Ağdərə rayonu Tərtər, Kəlbəcər və Ağdam rayonları arasında bölünüb.

Digər millət vəkili Aqil Abbas isə Xankəndinə status verilməsi və bu şəhərin icra sturukturlarının yaradılması təklifi ilə çıxış edib. "Neçə olur ki, 10 min sakini olan Ağdərəyə rayon statusu veririk, amma 15 min sakini olan Xankəndinin icra sturukturunu yaratmırıq" - deyə o bildirib.

Milli Məclisin regonal məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə isə Ağdərənin rayon statusunun ləğv olunmasını "dövlətə və millətə xəyanət" adlandırıb. O vurğulayıb ki, hazırda bu məsələ ilə bağlı iş aparılır.

Deputat Pənah Hüseyn də Ağdərənin rayon statusunun bərpa olunmasının vacibliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti