...

Gəncə darvazaları bərpa olunur

Siyasət Materials 26 Dekabr 2006 18:08 (UTC +04:00)

1063-cü ildə qurulan Gəncə darvazaları bərpa olunur. Bu barədə məlumatı Trendə Gəncə Regional Elm Mərkəzinin direktoru Fuad Əliyev verib.

Müsahibin sözlərinə görə, darvazalar üzərində artıq tamamlanma işləri aparılır. "Bu qapıların hündürlüyü 3m 70 sm, eni isə 3m 40 smdir. Darvazanın hissəsində 56 müxtəlif tökmə listlər var və onlar da biri-birinə çarmıxlarla möhkəm bağlanıb" - deyən Fuad Əliyev gələn il bu darvazanın öz tarixi yerində, Gəncə-Bakı yolunun şəhərə giriş istiqamətindən quraşdırılacağını bildirdi. Darvazanın ətrafında isə Naxçıvandan gətirilən və XI əsrdə də tikintidə istifadə olunan kərpiclərdən 20 metr hündürlüyündə möhtəşəm qalanın numunəsi tikiləcək.

Qeyd edək ki, Gəncə darvazalarından birinin qapıları hazırda Gürcüstanın Kutaisi yaxınlıqındaki Gelati monastırında saxlanılır. Bu qapıları 1139-cu ildə Gəncədə baş vermiş dəhşətli zəlzələdən sonra gürcü çarı I Dmitri şəhəri qarət edərkən aparıb.

Xəbər lenti

Xəbər lenti