...

Baş nazir: Ukrayna Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq spektrini genişləndirməyə hazırdır

Siyasət Materials 26 Dekabr 2006 18:35 (UTC +04:00)
Baş nazir: Ukrayna Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq spektrini genişləndirməyə hazırdır

Azərbaycan və Ukrayna höküməti bu gün Bakıda iki ölkə arasında ticarət dövriyyəsinin 2 il ərzində 500 mln. ABŞ dollarına qədər çatdırılması haqqında razılaşma əldə edib. Bu barədə Trend xəbər verir. Çərşənbə axşamı Ukraynanın baş naziri Viktor Yanukoviçin Bakıda bildirdiyi kimi, Azərbaycan dünyada, xüsusilə, ÜDM-in ən yüksək artımı üzrə uğurlar əldə edir və bu, yaxşı mənada, təəccübləndirir.

"İqtisadiyyatın bu cür artmasında bir çox risklər mövcuddur, amma Azərbaycanda dövlətin aktivləri sabitlikdədir. Bu, bütün uğurların rəhnidir və biz Azərbaycanla münasibətlərimizi çox yüksək qiymətləndiririk", - deyə o bildirib.

Ukrayna baş nazirinin sözlərinə görə, ölkə Azərbaycanla əmtəə dövriyyəsini artırmağı çox istəyir.

"Biz hökümət üçün maraqlı olacaq müxtəlif təkliflər paketi ilə Azərbaycana gəlmişik. Onlar ekspertlər səviyyəsində işlənib hazırlandıqdan sonra Azərbaycan hökümətinə təqdim olunacaq. Bu təkliflərin əsasında ölkələr arasında iqtisadi əməkdaşlığın yeni proqramı hazırlanacaq", - deyə o bildirib.

"Ukrayna - ixrac yönümlü ölkədir: məhsulun 65%-i müxtəlif dövlətlərə satılır. Biz , o cümlədən nəqliyyat kommunikasiyaları sahəsində Azərbaycanla qarşılıqlı faydalı olan əməkdaşlıq spektrini genişləndirməyə hazırıq", - deyə o qeyd edib.

Ukraynanın baş naziri Azərbaycanla ticari-iqtisadi əməkdaşlığın artmasından məmnun olduğunu bildirib.

"2006-cı ildə əmtəə dövriyyəsinin artımı 20% təşkil etməlidir, lakin bu, potensiala uyğun deyil", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, ölkələr arasında nizamlanmalı olan AN-140-100 təyyarəsinin qəzaya uğraması, Ukraynanın Azərbaycan qarşısında borc öhdəlikləri ilə bağlı məsələlər də var.

Azərbaycanın baş naziri Artur Rəsizadə görüşdə bildirib ki, Azərbaycan Ukrayna ilə əməkdaşlıqda maraqlıdır, bu ölkə hökümətinin hazırki səfəri münasibətlərin inkişafına müsbət təsir göstərəcək.

"Azərbaycan iqtisadiyyatında bütün istiqamətlərdə uğur müşahidə olunur. 2005-ci ildə 26%-lə müqayisədə, ilin yekununa görə ÜDM-in artımının 36% səviyyəsində olacağı gözlənilir. Bu, demək olar ki, kənd təsərrüfatı istisna olmaqla, iqtisadiyyatın bütün sahələri hesabına təmin olunub", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti