...

2007-ci il ərzində Gürcüstan Azərbaycanla sərhədlərin bölünməsi barədə danışıqları başa çatdıracaq

Siyasət Materials 26 Dekabr 2006 20:47 (UTC +04:00)
2007-ci il ərzində Gürcüstan Azərbaycanla sərhədlərin bölünməsi barədə danışıqları başa çatdıracaq

2007-ci il ərzində Gürcüstan Azərbaycanla dövlət sərhədlərinin bölünməsi barədə danışıqları başa çatdıra bilər. Trend in Tiflisdəki xüsusi müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Gürcüstanın xarici işlər naziri Qela Bejuaşvili yekun mətbuat konfransında bəyan edib.

O, Gürcüstanın Azərbaycanla sərhədin ümumi uzunluğunun yarısını razılaşdıra bilməsinin vacibliyini vurğulayıb. "Ölkələr arasında dövlət sərhədlərinin bölünməsi prosesinin 2007-ci ildə bitəcəyini deməyə əsas və perspektivlər var" deyə nazir söyləyib. Gürcüstanın Azərbaüycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesindən danışarkən Bejuaşvili qeyd edib ki, müvafiq danışıqlar prosesi 1996-cı ildən aparılır.

Bu məsələ barədə danışıqlar çərçivəsində səlahiyətli komissiyaların və mütəxəssis qruplarının 23 görüşü keçirilib. Hazırda 458 km uzunluğunda ümumi sərhəddin 300 km və ya 65,5%i razılaşdırılıb, deyə nazir söyləyib.

Qela Bejuaşvili məlumat verib ki, Gürcüstan tərəfi Azərbaycana David Qareci tarixi monastr komleksi və ona bitişik Erisimedi kəndi (Siqnax rayonu) ərazisində keçmiş inzibati sərhəd xəttini dəyişmək variantını təklif edib.

Nazirin sözlərinə görə, Gürcüstan ölkənin sərhədlərinə Erisimedi kənidinin, Bertubani monastrının və həmçinin David Qareci ibadət və hücrə kompleksinin daxil olması mövqeyini saxlayır.

Xəbər lenti

Xəbər lenti