...

Dekabrın 29-da Milli Məclisin payız sessiyası başa çatır

Siyasət Materials 27 Dekabr 2006 11:56 (UTC +04:00)

Dekabrın 29-da Milli Məclisin payız sessiyası başa çatır. Xatırladaq ki, parlamentin payız iclasları oktyabr ayının 1-də başlayır və dekabrın sonunda yekunlaşır.

Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, dekabr ayı başa çatan kimi millət vəkilləri bir ay müddinə tətilə çıxacaqlar.

Parlamentin yaz sessiyası isə 2007-ci ilin fevral ayının 1-də başlamalıdır. Yaz sessiyası may ayının sonunda başa çatır.

Hər hansı bir fövqəladə hadisə olarsa parlamentin nöbədənkənar toplantısı çağırıla bilər.

Daxili nizamnaməyə görə, Milli Məclisin komissiyalarının toplantıları sesiyalardan 15 gün əvvəl başlamalıdır. Komissiyalar plenar iclaslara çıxarılan qanunları müzakirə edib hazırlamalıdırlar.

Xəbər lenti

Xəbər lenti