...

Samuxun İnstitut qəsəbəsində Tibbi müayinə və gözəllik mərkəzi itsifadəyə verilib

Siyasət Materials 27 Dekabr 2006 12:41 (UTC +04:00)

Samux rayonunun İnstitut qəsəbəsində yeni tibbi müayinə və gözəllik mərkəzinin açılışı olub. Trendin Qərb Bürosunun verdiyi məlumata görə, tədbirdə rayon icra hakimiyyəti başçısı Vilyam Hacıyev və içtmaiyyət nümayəndələri iştirak edib.

İcra başçısı açılış mərasimində Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çəpçivəsində açılan tibbi müayinə mərkəzinin rayon sakinləri üçün əhəmiyyətindən danışıb. Qeyd edib ki, yeni açılan bu müəssisədə 34 nəfər işlə təmin olunacaq.

Müssisənin rəhbəri Elxan Babayev isə mərkəzin gələcək fəaliyyəti barədə danışıb. "Azərbaycan respublikası Səhiyyə Nazirliyi tərəfindən bizə verilən xüsusi icazə və lisenziyalar çərçivəsində fəaliyyət göstərəcəyik. Burada tibbi müayinədən başqa qəsəbə sakinlərini dərman preparatları ilə təmin etmək üçün pərakəndə satış aparan aptek də açılacaq" - deyə E. Bababyev bildirdi.

Qeyd edək ki, Tibbi müayinə və gözəllik Mərkəzi müasir avadanlıqlarla təchiz olunub. Müəssisədə gələcəkdə turizm fəaliyyəti ilə də məşğul olmaq da planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti