...

MDB İqtisadi Şurasının iclasında Azərbaycanı Rusiyadakı səfir təmsil edəcək

Siyasət Materials 27 Dekabr 2006 13:09 (UTC +04:00)

MDB İqtisadi Şurasının dekabrın 29-da Moskvada keçiriləcək növbəti iclasında Azərbaycanı Rusiyadakı səfir Polad Bülbüloğlu təmsil edəcək. Bu barədə Trend ə Nazirlər Kabinetindən bildiriblər. MDB İcra Komitəsindən bildiriblər ki, gündəlikdə 20-dən artıq məsələnin müzakirə edilməsi nəzərdə tutulub.

Müzakirələrin əsas predmetini MDB ölkələrinin ümumi elektrik enerjisi bazarının formalaşdırılması və saxta dərman vasitələrinin dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq təşkil edəcək. Bundan başqa, 2007-ci il üçün hüquqi informasiya mübadiləsinin beynəlxalq sistemi barədə razılaşma layihəsi və MDB orqanlarının vahid büdcə layihəsi barədə də söhbət aparılacaq.

Xəbər lenti

Xəbər lenti