...

Nazir müavini: "Azərbaycanın QİƏT konstitusiyasına dəyişikliklər barədə təşəbbüsü dəstəklənib"

Siyasət Materials 27 Dekabr 2006 17:25 (UTC +04:00)
Nazir müavini: "Azərbaycanın QİƏT konstitusiyasına dəyişikliklər barədə təşəbbüsü dəstəklənib"

2007-ci ilin iyununda Türkiyədə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) 15 illiyi ilə əlaqədar sammit keçirilməsi gözlənilir. Xarici İşlər naziri müavini Mahmud Məmmədquliyevin Trend ə verdiyi məlumata görə, bu vaxta qədər təşkilatın konstitusiyasına əlavələr olunması barədə təkliflər paketi hazırlamaq vacibdir.

M. Məmmədquliyevin sözlərinə görə, Moskvadakı sonuncu iclasda Azərbaycan tərəfi QİƏT-ın nizamnaməsinə bu dəyişikliklərin hazırlanması üçün xüsusi yüksək səviyyədə ekspert komissiyası yaratmaq təşəbbüsü ilə çıxış edib ki, sonra bu dəyişikliklər nəzərdən keçirilmək üçün sammitdə dövlət rəhbərlərinə təqdim edilsin.

"Bu məsələ üzrə sədrlik edən ölkə QİƏT-in o biri üzvləri ilə müzakirələr aparmalıdır. Məsləhətləşmələr 2007-ci ilin yanvar-fevralında başlamalıdır. Tam həcmdə olmasa da, QİƏT-in konstitusiyasına ciddi dəyişikliklər etmək vacibdir"-deyə nazir müavini hesab edib.

Onun fikrincə, QİƏT-in strukturunun təkmilləşməsində əhəmiyyətli inkişaf hələ ki yoxdur, amma müzakirə olunanlara inkişaf kimi baxmaq olar. İlk söhbətlərdə bu çox alqışlanıb və hesab olunub ki, təşkilatın mövcud statusunda hər şey normaldır.

"İnadımız sayəsində bizə başqa ölkələr də qoşulublar və təşəbbüsümüz dəstəklənib"-deyə M. Məmmədquliyev qeyd edib.

QİƏT-ın nizamnaməsində olan maneələrin və çatışmazlıqların aradan qaldırılması, bizim fikrimizcə, təşkilatın inkişafına mane olan prosedur məsələlərin həlli sayəsində təşkilatın inkişafı təklif olunur. Azərbaycan QİƏT-də katibliyin rolunun, daha doğrusu, baş katibliyin rolunun, yuxarı vəzifəli şəxslərin statusunun artırılmasını və məsələlərin baxılmaq üçün xarici işlər nazirlərinə yox, onlara həvalə olunmasını təklif edir. Həmçinin, konsensiumun məhdudlaşdırılması vacibdir, çünki bu, ləngiməyə gətirib çıxarır (prosedur məsələlərlə əlaqədar olaraq iki il QİƏT baş katibliyinə müavin seçilib).

Serbiya 2007-ci ildə QİƏT-ə sədrliyi davam etdirəcək və apreldə xarici işlər nazirlərinin Belqradda görüşü keçiriləcək.

Xəbər lenti

Xəbər lenti