...

Mehriban Əliyeva ikinci dəfə Azərbaycan Gimnastika Federasiyasının prezidenti vəzifəsinə seçilib

Siyasət Materials 27 Dekabr 2006 17:51 (UTC +04:00)
Mehriban Əliyeva ikinci dəfə Azərbaycan Gimnastika Federasiyasının prezidenti vəzifəsinə seçilib

Mehriban Əliyeva bu təşkilatın hesabat-seçki konfransında bu gün yekdilliklə Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidenti vəzifəsində ikinci müddətə seçilib.

Trend xəbər verir ki, AGF-in vitse-prezidenti Altay Həsənov qeyd edib ki, ötən dörd il ərzində Federasiya çətin yol keçib və 2005-ci il Dünya çempionatının Bakıda təşkili işi ən mühüm dönüş nöqtəsi olub.

O qeyd edib ki, ilk qaranquş 2003-cü ildə paytaxtda Dünya kubokunun bir çox məsələlərdə nümunəvi olan mərhələsinin keçirilməsi olub. Məhz o vaxt bir neçə mükafat qazanmış və beynəlxalq arenada tanınmış Dinara Gimatova özünü göstərdi. "Tədricən rayonlarda bədii gimnastika seksiyaları açıldı, daha istedadlı qızları isə biz bölgələrdən Bakıya gətirdik", - deyə A.Həsənov vurğulayıb.

Eyni zamanda Budapeştdə keçirilən dünya çempionatında D.Gimatova Azərbaycan gimnastikasının tarixində ilk dəfə səkkiz ən yaxşı idmançı sırasına düşüb, Azərbaycan isə proqramın bu növü üzrə Afinada 2004-cü il Olimpiadasında təmsil olunub. "Bizdə yeni istedadlı idmançılar yetişir, qrup tapşırıqları üzrə komanda isə artıq beynəlxalq arenada özünü göstərib. Lakin bütün bunlar bizdə heç bir problemin olmaması demək deyil. Problemlər var və bu, gənc gimnast qızların sayı artdığından, məşqçi kadrlarının və zalların çatışmaması ilə əlaqədardır", - deyə A.Həsənov qeyd edib.

Qeyd edək ki, A.Həsənov seçkilər zamanı vitse-prezident vəzifəsində qalıb, analoji ikinci vəzifəni isə Bəhram Nərimanov tutub. Baş katib Fərid Qaibov seçilib, İcraiyyə komitəsinə isə Rauf Əliyev, Rafiq Behbudov və Arif Qafarov seçiliblər.

Xəbər lenti

Xəbər lenti